Yuxarı

Universitet tələbələri aksiyaya hazırlaşır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təfəkkür Universitetinin məzunları Təhsil Nazirliyi qarşısında aksiya keçirəcək.

Bu barədə məlumatı ali məktəbi 2013-cü ildə başa vuran məzunlar verib.

Aksiyaya səbəb məzunların universiteti başa vurmalarından ötən müddət ərzində diplomlarını ala bilməməsidir.

Məzunların sözlərinə görə, diplomlar üçün ötən ilin yayında bir dəfə pul toplanıb, ancaq diplomlar verilməyib. İndi isə yenidən məzunlardan pul tələb edilir. Lakin əksər məzunlar diplom üçün yenidən pul ödəməkdən imtina edərək, ali təhsil haqqında sənədlə təmin edilmələrini tələb edirlər.

Belə bir məqamda universitetin bağlanılması xəbərlərinin yayılması tələbələrin narahatçılığını bir qədər də artırıb.

Məzunların sözlərinə görə, diplomların verilməməsi Təhsil Nazirliyini rəhbərliyindəki dəyişikliklərlə əlaqələndirilir.

Ötən ilki məzunların diplomlarının verilməməsini universitetdən də təsdiqləyiblər. Universitetin prorektorluğundan bildirilib ki, diplomların indiyə qədər verilməməsi texniki məsələlərlə əlaqədardır: "Diplomlar hazırlanır, yaxın günlərdə veriləcək" ("AzNews.az").

Tarix
2014.01.24 / 13:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla