Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2019


Qaraçuxur qəsəbəsində güclü yanğın: 3 ev yandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində güclü yanğın hadisəsi baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, yanğın Kamil İsmayılov küçəsi 17 ünvanında qeydə alınıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Suraxanı rayon dövlət yanğından mühafizə hissəsinin 4 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Qonşuluqdakı üç evə keçən yanğının miqyası böyük olduğundan, əraziyə ehtiyat qüvvə cəlb olunub.

Suraxanı rayon dövlət yanğından mühafizə hissəsindən verilən məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Kamil İsmayılov küçəsi 17 ünvanında bir-birinə yaxın yerləşən evlərin 3-ü yanaraq yararsız hala düşüb.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğın qısa bir zamanda söndürülüb və güclü alovun dördüncü evə keçməsinin qarşısı alınıb. Yanğının nə səbəbdən baş verdiyi aparılan araşdırmadan sonra məlum olacaq.

Tarix
2014.01.25 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bakının bu yolları tam bağlanır: DYP-dən açıqlama

Güclü külək reklam lövhəsini aşırdı, araşdırma başladı

Bədxərc Zamirənin əmlakı Bakıya qaytarıla bilər?

Azərbaycanlı iş adamının mağazası partladı

Prezident bu institutları niyə ləğv etdi? – Səbəblər

“Nar”ın “Full” paketlərindən istifadə edənlərin sayı sürətlə artır

Güclü külək Bakıdakı hansı məktəblərə ziyan vurub? – Rəsmi

Əgər vəzifədən getmişəmsə... – Alışanov danışdı

Ərəblərlə azərbaycanlılar arasında kütləvi dava

Ordumuzun bölüklərində bu vəzifələr bərpa olundu

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla