Yuxarı

Rusiyalı rektorlar Bakıya toplaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı rektorlar Bakıya toplaşdı

Bu gün ADA Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu işə başlayıb.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, forumu giriş sözü ilə açan ADA Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanla Rusiya arasında təhsil sahəsində tarixən geniş əlaqələrin olduğunu qeyd edib.

Həmçinin forumda Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Rusiya Dövlət Humanitar Universitetinin rektor əvəzi Yefim Pivovar, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitri Bıkov və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov rəhbərlik etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri barədə çıxış ediblər. Çıxışlarda forumun təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyəti qeyd olunub, universitetlərarası əməkdaşlığın qurulmasına və elmi əlaqələrin inkişafına töhfə verəcəyi bildirilib.

Qeyd edək ki, forum çərçivəsində Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarovun bu mühüm tədbirdə iştirak etmək üçün Bakıya səfər edəcək Rusiya Federasiyasının Təhsil və Elm naziri Dmitri Livanovla görüşü, eləcə də Rusiya-Azərbaycan Ali Məktəblərinin Assosiasiyasının yaradılması barədə memorandumun imzalanması nəzərdə tutulur.

Tarix
2015.11.19 / 15:20
Müəllif
Vüqar Şahinoğlu
Digər xəbərlər

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla