Yuxarı

Bakıda içməli sudan qanunsuz istifadə halları aşkaralandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda içməli sudan qanunsuz istifadə halları aşkaralandı

Prezident İlham Əliyevin təsdiqlədiyi "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı"na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Bağlar Sukanal İdarəsinin xidməti ərazisində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edilib.

Axar.az xəbər verir ki, bu barədə Azərsu ASC-yə istinadən xəbər verir.

Məhəmmədi kəndində kafe və avtoyuma məntəqəsində suyun talanması aşkarlanıb. 2022-ci ilin yayında sudan qeyri-qanuni istifadəyə görə su təchizatı dayandırılan obyektin sahibi yenidən özbaşına şəbəkəyə qoşulub.

Nəzarət tədbirləri zamanı Məhəmmədi kəndi, Əziz Əliyev küçəsində yerləşən fərdi sahibkara məxsus ət mağazasının su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin suya olan tələbatı sahibi tərəfindən yaxınlıqda yerləşən binadan qanunsuz çəkilmiş xətt hesabına təmin olunub.

Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən və hazırda tikintisi davam edən obyektə yaxınlıqdan keçən su kəmərindən qanunsuz xətt çəkilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan sudan qanunsuz istifadə edir.

Aşkarlanmış qeyri-qanuni xətlər ləğv edilib və içməli sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın tapşırıqlarına əsasən içməli sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib və belə hallara yol verənlərə qarşı daha sərt tədbirlər görüləcək, aşkarlanmış faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Bu ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” üzrə 1788, Bağlar Sukanal İdarəsi üzrə 145 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” üzrə 542 min kubmetr, Bağlar Sukanal İdarəsi üzrə 39 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Tarix
2023.03.13 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla