Yuxarı

Amaşov: “Bəziləri şəxsi maraq üçün…” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amaşov: “Bəziləri şəxsi maraq üçün…” - Foto

Bu gün Mətbuat Şurasının təşəbbüsü ilə "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusunda dəyirmi masa keçirilib.

Axar.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Şura sədri Əflatun Amaşov son günlərdə ölkə mediasında baş verən proseslərə toxunub. Onun sözlərinə görə, ölkədə baş verən son hadisələrdən sonra mediada həqiqətə uyğun olmayan məlumatlar yayılıb:

"Mətbuat Şurasının monitorinq qrupu araşdırmalar zamanı üç nüans müəyyən edib. Birincisi, imic xatirinə ayrı-ayrı informasiya orqanları məlumat alır və təsdiqi olmadan tirajlayır. İkincisi, bilərək və ya bilməyərəkdən ajiotaj yaradılır. Bunu bəzən bilərəkdən edirlər. Üçüncüsü isə hadisələr baş verir və ondan bir müddət sonra təkzib verilir.

MTN kimi bir qurumla bağlı hansı ölkədə hadisə baş versəydi, KİV-lərin diqqətindən yayınmazdı. Rabitə Nazirliyi və MTN-lə bağlı məsələlərdə ölkə mediası öz üzərinə düşən missiyanı uğurla yerinə yetirdi. Bəzi KİV-lər bundan üzü ağ çıxa bilmədilər. Çox təəssüf ki, bəzi mətbuat orqanları nazirliyin nümayəndələri ilə əlaqə saxlayır, onları görüşə dəvət edir. Bu, əlbəttə ictimaiyyəti maraqlandıran məsələlərin çözümü ilə bağlı yox, şəxsi maraqlar üçündür. Bir sıra saytlar var ki, onlar məhz bu məqamlarda aktivləşirlər və yoxlanmamış materialları tirajlayırlar".

Tarix
2015.11.20 / 15:45
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Ermənistana propan və gübrə göndəriləcək

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla