Yuxarı

Xətai İH-in tədbirində foto qalmaqalı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xətai İH-in tədbirində foto qalmaqalı

Xətai rayon İcra Hakimiyyətinin və Xətai RPİ-nin təşkilatçılığı ilə 264 nömrəli tam orta məktəbdə keçirilən “Narkomaniyaya “yox” deyək" tədbiri sosial şəbəkələrdə tənqidə məruz qalıb.

Axar.az xəbər verir ki, Xətai RİH-in internet resursu 10 mart 2023-cü il tarixində keçirilən tədbirlə bağlı ilk xəbərində paylaşdığı fotoda Ulu öndər Heydər Əliyevin 98-ci ildönümünə aid olan vinil diqqəti cəlb edib.

Bu il Ulu öndərin 100 illik yubileyinin qeyd ediləcəyini xatırladan sosial şəbəkə istifadəçiləri iki il öncəki vinilin indiyə qədər saxlanılmasını rüsvayçılıq adlandırıblar. Bəziləri isə bir az da irəli gedərək, xəbərin saxtalaşdırıldığını iddia edib.

Lakin hazırda xəbərdə yeni fotolardır, çıxış edənlər və görüşə gedənlər dəyişməsə də, masanın dizaynında fərq ilk baxışdaca görünür.

Məsələ ilə bağlı Xətai İH-dən açıqlama almaq mümkün olmayıb.

Tarix
2023.03.16 / 15:40
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla