Yuxarı

Yardımlıda qohumlardan 21 kq narkotik götürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yardımlıda qohumlardan 21 kq narkotik götürüldü

Yardımlıda narkokuryerlik edən qohumlardan 21 kiloqram narkotik vasitə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlərlə rayon sakini Eldar Bədəlov saxlanılıb.

Ona məxsus 2 ədəd sintetik torbadan ümumilikdə 14 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın tiryək və 2 kiloqram heroin və 112 ədəd güclü təsiredici xassəyə malik həblər aşkarlanaraq götürülüb.

Araşdırmalarla həmin narkotik vasitənin İran vətəndaşı olan narkotacir vasitəsilə əldə edildiyi və satışının təşkil olunması üçün E.Bədəlov vasitəsilə Bakı şəhərinə çatdırılmalı olduğu müəyyən edilib. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri ilə onun narkotik vasitəni çatdırmalı olduğu şəxsin qohumu Emilxan Səmədov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Tarix
2023.03.18 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla