Yuxarı

Gənc fəal narkotik ittihamı ilə həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc fəal narkotik ittihamı ilə həbs edildi

NİDA təşkilatının keçmiş üzvü, hazırda "Axın" hərəkatının təsisçilərindən olan Ömər Məmmədov dünən yoxa çıxıb və bu gün sorağı hüquq-mühafizə orqanlarından gəlib.

"Musavat.com" NİDA təşkilatının "Feysbuk" səhifəsinə istinadla xəbər verir ki, Ö.Məmmədova qarşı narkotik maddə saxlama ittihamı verilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, hazırda Nərimanov rayon Polis İdarəsində saxlanılır. Məmmədov Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür.

Qeyd edək ki, Ö.Məmmədov bir neçə ay öncəyə qədər "Nida"nın fəallarından olub, daha sonra ayrılaraq, "Axın" təşkilatını yaratmağa başlayıb. Onun Şimali Kiprdə təhsil aldığı bildirlir.

Vətəndaş Həmrəyliyi Partiyasının İcra Aparatının rəhbəri Samir Əsədli "Axar.az"a açıqlamasında faktı təsdiqləyib: "Ö.Məmmədov Quzey Kıprısda təhsil alan savadlı gənclərimizdəndir, 2 ildən artıqdır ki, VHP-nin üzvüdür. Onun narkotik istifadəçisi olduğuna inanmaq istəmirəm. Hər halda, aydınlaşdıracağıq".

Tarix
2014.01.25 / 18:21
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla