Yuxarı

Paşayeva şəhidimizin ailə üzvləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva şəhidimizin ailə üzvləri ilə görüşdü

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Novruz bayramında Azərbaycan Vətən müharibəsinin şəhidi, Silahlı Qüvvələrin əsgəri Ruslan Bayramovun anası Aygün Bayramova və xanımı İlahə Bayramova ilə görüşüb.

Axar.az xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə şəhidin ailə üzvlərinin ürək sözləri dinlənilib, qayğıları öyrənilib.

“Əziz bacılarım, hər bayramda ilk anılacaq, təbrik ediləcək insanlar sırasında şəhid ailələri başda gəlir. Sizi Novruz bayramı münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm!

Tanrıya şükür olsun, şəhidlərimizin qanı yerdə qalmayıb, onların ruhu şaddır. Şuşada, Kəlbəcərdə, Laçında bayrağımız dalğalanır, Ordumuz yetərincə güclüdür, öz üzərinə düşən vəzifələrə uyğun olaraq istənilən tapşırığı yerinə yetirməyə tam qadirdir. Vətən uğrunda canını qurban vermiş igid həyat yoldaşınızın timsalında bütün şəhidlərimizin ruhu qarşısında dərin sayğılarla baş əyirik” – millət vəkili bildirib.

Görüşün sonunda Mədəniyyət Komitəsi və “UNİTY-Company” adından şəhidin ailə üzvlərinə bayram hədiyyələri təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Ruslan Azər oğlu Bayramov (5.10.1995 – 24.10.2020) II Qarabağ müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

Tarix
2023.03.21 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla