Yuxarı

Fotolarını yaymaqla şantaj etdi, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fotolarını yaymaqla şantaj etdi, həbs olundu

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək, yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 000 manat pul tələb etməsini və 3 500 manat aldıqdan sonra sərbəst buraxmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən A.Əlislamov saxlanılıb.

Xaçmaz polisi tərəfindən araşdırma aparılır.

Tarix
2023.03.22 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla