Yuxarı

Azərbaycanlı iş adamı ürəyindən güllələndi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı iş adamı ürəyindən güllələndi - Video

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Şamil Xalid şəriki Əhməd Dikbaş ilə mübahisədən sonra güllələnib. Hadisə Ankarada baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, tütün məmulatlarının satışı ilə məşğul olan iş adamları arasında mübahisə düşüb. Sonda Dikbaş silaha əl atıb və azərbaycanlı şərikinə atəş açıb. Qasıq nahiyəsindən yaralanan Xalid qaçaraq küçədəki ərzaq mağazasına sığınıb. Lakin Dikbaş yaralının ardınca düşərək daha üç atəş açıb. Bu dəfə güllələr Xalidin ürəyinə dəyib.

Hadisə yerinə dərhal polis və təcili yardım cəlb edilib. Dikbaş hüquq-mühafizə orqanları əməkdaşlarına təslim olub.

Azərbaycanlı iş adamı Şamil Xalid isə Ankara Etlik Şəhər Xəstəxanasına aparılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tarix
2023.04.01 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla