Yuxarı

Zakir Həsənov Bayraqdarı təltif etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Bayraqdarı təltif etdi - Foto

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyənin “Baykar” şirkətinin texniki direktoru cənab Səlcuq Bayraqdar ilə görüşüb.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir bu əlaqələrin zaman keçdikcə daha da inkişaf etdiyini və gücləndiyini bildirib.

Ölkə rəhbərlərinin dostluq münasibətlərinin dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynadığı xüsusi vurğulanıb.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirən S. Bayraqdar ölkəmizə səfərindən məmnun olduğunu və bu cür görüşlərin qarşılıqlı əməkdaşlığımızın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Sonda müdafiə naziri S. Bayraqdarı "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif edib.

Tarix
2023.04.03 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla