Yuxarı

Tələbələrimiz BMT-də Azərbaycanı təmsil etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbələrimiz BMT-də Azərbaycanı təmsil etdi

Azərbaycanlı tələbələr BMT-nin baş ofisində Azərbaycanı təmsil ediblər.

Axar.az xəbər verir ki, "Shane Academy"də təhsil alan 10 tələbədən ibarət Azərbaycan komandası 24-26 mart tarixlərində Nyu-yorkda BMT-nin Baş ofisində ölkəmizin tarixini, siyasətini yüksək səviyyədə təmsil ediblər.

200-dən çox ölkədən 5 500 tələbənin qatıldığı “Dünyanın dəyişdirilməsi” adlı bu layihə çərçivəsində tələbələr bir ölkənin, təşkilatın nümayəndəsi kimi çıxış edir və dünyanın fərqli bölgələrindən gəlmiş nümayəndələrlə problemi həll edirlər. Bu layihə iştirakçılara tənqidi təfəkkür, komanda işi və liderliklə yanaşı tədqiqat, ictimai çıxış, debat və yazı kimi bacarıqları da öyrədir. Layihənin əsas məqsədi sabahın liderlərinin formalaşmasına töhfə vermək, demokratiya və tolerantlıq dəyərlərinə əsaslanan inkişaf etmiş dünya yaratmaqdır. Bu səbəbdəndir ki, gənclərə yönəlmiş bu tədbirdə dünya siyasətinin və diplomatiyasının aparıcı simaları gənclərlə həmsöhbət olaraq onlara öz tövsiyələrini veriblər.

Qeyd edək ki, ən az komanda üzvünə sahib olmasına və 100 nəfər üzvü olan komandalar 1 medala layiq görüldükləri halda, Azərbaycan komandası 4 medal və müxtəlif sertifikatlara layiq görülüb.

Tarix
2023.04.04 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla