Yuxarı

Qanunsuz balıq ovlayanlar saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanunsuz balıq ovlayanlar saxlanıldı

Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Axar.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Mirqoca və Tahir Kərimovlar olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri, 360 metr uzunluğunda 18 ədəd sintetik tor götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xidmət rəisi qeyd edib ki, eyni zamanda, keçirilən nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən 432 metr uzunluğunda sintetik tor yığışdırılıb.

“Vətəndaşlarımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyasında fəal iştirak etməyə, su hövzələrində rast gəldikləri sintetik torlar barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarına və teleqram qrupuna dəqiq koordinatları göstərməklə məlumat verməyə və balıq ehtiyatlarının mühafizəsinə dəstək olmağa çağırırıq”, - deyə Firuddin Əliyev bildirib.

Tarix
2023.04.06 / 15:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

İlham Əliyev dəvətə görə Trampa təşəkkür etdi

Uitkoff Bakı və İrəvandan yazdı: Şərəf duyuram...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla