Yuxarı

Zaqatalada 200 minlik ağac kəsildi: cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaqatalada 200 minlik ağac kəsildi: cinayət işi açıldı

Zaqatala rayonunun Bəhmətli kəndi ərazisində ağacların qanunsuz kəsilməsi barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Zaqatala rayon prokurorluğundan Axar.az-a verilən məlumata görə, araşdırma zamanı Bəhmətli bələdiyyəsinin vəzifəli şəxslərinin işə vicdansız və laqeyd münasibəti nəticəsində qeyd olunan ərazidə ümumilikdə 97 ədəd ağacın qanunsuz kəsilməsi, bununla da təbiətə 200 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

Tarix
2023.04.14 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla