Yuxarı

Xankəndidə Azərbaycana görə dava: separatçını bıçaqladılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xankəndidə Azərbaycana görə dava: separatçını bıçaqladılar

Xankəndidə ermənilər arasında dava olub.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, qondarma rejimin keçmiş “müdafiə naziri” Samvel Babayan aprelin 16-da Xankəndidəki “Nadejda” restoranında ermənilərlə görüş keçirib.

“Hraparak” nəşri yazır ki, görüş xoşagəlməz sonluqla başa çatıb. Görüşdə mübahisə düşüb, əvvəlcə söz davası başlayıb, daha sonra əlbəyaxa davaya çevrilib. Babayanın qondarma partiyasının üzvlərindən biri separatçıların qondarma “parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri” kimi təqdim olunan Seyran Ayrapetyanı bıçaqlayıb.

Davanın təfərrüatı tam açıqlanmasa da, erməni mənbələr görüşdə Samvel Babayanın qondarma rejimin “rəhbərliyinə” gəlməsi ətrafında müzakirələrin getdiyini yazır. S.Babayan qondarma rejimin hazırkı “rəhbərliyindən” fərqli olaraq, Bakı ilə reinteqrasiya prosesinin müzakirəsinin mümkünlüyü mövqeyindən çıxış edir. Onun Xankəndiyə gələrək, “siyasi proseslərə” qatılmasının Ermənistan hakimiyyətinin planı olduğu haqda da məlumatlar var.

Məlumata görə, görüşdə davanın əsas səbəbi də Azərbaycanla bağlı olub. Bildirilib ki, separatçı rejimin hazırkı mövqeyi erməni əhalisinin ziyanınadır. Bundan sonra mübahisə düşüb. Əlbəyaxa davaya çevrilən hadisə zamanı görüş iştirakçılarından biri Seyran Ayrapetyanı bıçaqlayıb.

Tarix
2023.04.19 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla