Yuxarı

Qapanlı kəndi güllə altında - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir həftədir ki, Tərtərin Qapanlı kəndi Ermənistan silahlı qüvvələrinin atəşinə məruz qalır. Qapanlı sakini Süleyman Əliyevin ailəsi də ötən gecə qarşı tərəfin hədəfinə tuş gəlib. Xoşbəxtlikdən güllə beton piltəyə dəyib. Kənd sakinləri bu cür atəş səslərinə artıq öyrəşiblər.

Qapanlı sakini Süleyman Əliyev: "Güllələr evə dəyir. Bax bu güllədə evə girib. Ötən gecə olub. Ermənilərlə 100 metr məsafəmiz var, ona görədə biz daha çox hədəfdə oluruq. Amma mən nə ermənidən qorxuram nədə bir şey. Əmr versinlər döyüşək! "

Atəşkəsin intensiv pozulmasına baxmayaraq, kənddə həyat davam edir. Lakin, bəzi sakinlər ehtiyyatı əldən verməmək üçün qarşı tərəfin açıq aydın müşahidə edə biləcəyi ərazilərə çıxmırlar. Çünki bir neçə gün öncə Ermənistan ordusu mövqelərimizi atəşə tutmaqla yanaşı həmdə mülki əhalini hədəfə alıb.

Qapanlı sakini Zeynəb Süleymanova: "Bax bax o uşağı nətər atəşə tutdularsa qoyuna dəydi güllə qoyunu qan apardı. Özüdə gizləndi qoyunun dalında.

Düşmən mövqelərinə 100 metr məsafədə yerləşən Qapanlı əsasən iri çarplı silahlardan atəşə tutulur. Bunu evlərin damında və qapıların üzərində olan güllə izlərindən başa düşmək olur".

Hazırda Qapanlıda bir çox həyətlərdə sakitlik hökm sürür. Əksər torpaqlar erməni postalarından açıq aydın görünür ona görədə əhali əkin sahələrinə çıxa bilmir.

Kənd sakinlərinin dediyinə görə atəşkəs son günlər daha da intensivləşib.

Qapanlı sakini Nizami Abbasov: "Hələ heç belə atmamışdılar. Mən illərdir burda yaşayıram. Indi demək olar ki, hər gün atırlar gecə-gündüz özüdə iri çarplı pulemyotlardan".

Qapanlı sakini, Məhər Hüseynov: "Neynəyəcək erməni bizə? Həmişə bizə möhtac olan xalq olub. Elə belə özlərini göstərirlər. Biz illərdir bu hiyləni görmüşük. Hürüb-hürüb dayanacaq".

Mövqelərimizin atəşə tutulması nəticəsində milli ordunun zabiti kapitan Elnur Cəfərov şəhid olub. O, Tərtərdə yerləşən mövqelərimizə açılan atəş nəticəsində həlak olub. Operatorum Samirlə birlikdə zabitin şəhid olduğu Çiləbür kəndi yaxınlığına yollandıq.

Hazırda Tərtərin ən sonuncu kəndindəyik, bura qırmızı kənddir. Bizdən bir neçə yüz metr qarşıda qarşı tərəfin mövqeləridir. Kənd Azərbaycanın nəzarəti altında olsada burda yaşayış yoxdur.. Çünki bu kənd hər gün, hər saat atəşə tutulur. Gördüyünüz kimi burdakı evlərində bəziləri dağıdılıb yandırılıb və bura bir xarabalığı xatırladır.

Ərazi birinci Qarabağ müharibəsi zamanında partlamamış hərbi silah sursatla çirklənib.Yəni burada tank və piyada əleyhinə minalara rast gəlmək hər an mümkündür. Qarşıya getmək təhlükəli olduğundan geri qayıtmağa məcbur olduq. Hər halda bu bir müxbir və operator kimi görəcəyimiz işin yekunu idi. Bir vətəndaş kimi isə sadəcə başlanğıcı... (ANS)

Tarix
2014.01.27 / 00:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla