Ana səhifə Toplum |
Fevralın 13-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə "Xural" qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə proses davam etdiriləcək. Baş redaktorun məhkəməyə gətirilməsilə bağlı vəkil E.Sadıqovun verdiyi vəsatət qəbul olunub.
Ə.Zeynallı bu məqsədlə 10 saylı cəzaçəkmə müəssisəsindən Bakı istintaq təcridxanasına gətirilib.
Xatırladaq ki, Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan şikayət edib.
Mətbuat Şurası 2011-ci ildə "Xural"ı "reket qəzet" elan edib və qəzetin adını "qara siyahı"ya salıb. Əvəz Zeynallı Şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Əvəz Zeynallı Apellyasiya şikayəti verib. ("Müsavat.com")
Tarix
2014.01.27 / 10:30
|
Müəllif
Axar.az
|