Yuxarı

Naxçıvana yanacaq aparanların xərcləri azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvana yanacaq aparanların xərcləri azaldıldı

Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Axar.az-a verilən məlumata görə, artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər. Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına endirilib.

Razılaşdırılmış azadolmalar bu aydan tətbiq edilir. Nəticədə bu istiqamətdə beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri təxminən 3 dəfəyə qədər azalıb. Bu da daşıyıcıların maliyyə vəziyyətinin yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi töhfə verəcək.

Tarix
2023.04.26 / 10:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla