Yuxarı

Bakıda 3 tondan artıq narkotik məhv edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 3 tondan artıq narkotik məhv edildi - Video

Azərbaycanda 3 ton 131 kiloqram narkotik məhv edilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 26-da məhkəmələrin qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhv edilməsi prosesi keçirilib.

Narkotiklərin məhv olunmasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, komissiyanın müxtəlif dövlət orqanlarının əməkdaşlarından təşkil olunan üzvləri, o cümlədən DİN-in və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı DİN tərəfindən ötən dövrlərdə qanunsuz dövriyyədən çıxarılan 3 ton 131 kiloqram müxtəlif xassəli narkotik vasitə, 52 min ədəd psixotrop tərkibli həb, 29 min ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu məhv etmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

Qeyd edək ki, 2023-cü ilin ilk rübündə isə DİN-in əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb.

Tarix
2023.04.26 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla