Yuxarı

Qəzaya düşən qohumuna köməyə gedən şəxs qəzada öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzaya düşən qohumuna köməyə gedən şəxs qəzada öldü

Şəki rayonunda yol qəzasına düşmüş qohumunun köməyinə gedən şəxs avtomobili aşıraraq ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, Qudula kənd sakini Telman İsaqov Çələbixan qəsəbəsi ərazisində VAZ-21 099 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə sürücü və sərnişin Elçin İbrahimxəlilov müxtəlif dərəcəli bədən xasərətləri alıblar. Hadisəni eşidən T.İsaqovun qohumu, Daşüz kənd sakini, 1982-ci il təvəllüdlü Vüqar Sabir oğlu Mülayimov “Opel” markalı avtomobillə onların köməyinə yollanıb.

Lakin S.Mülayimov idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib və aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Hər iki yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.

Tarix
2023.04.27 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla