Yuxarı

Vaterloo Universiteti Bakıda seminar təşkil edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 10-13-də Kanadanın Vaterloo Universitetinin bir qrup professoru və universitetə qəbul üzrə məsul şəxsləri Azərbaycana səfər edəcəklər.

Bu barədə "Axar.az"a Diaspor üzrə Dövlət Komitəsindən məlumat verilib.

Səfər çərçivəsində Bakının bir neçə orta məktəbində riyaziyyat fənni üzrə seminarlar təşkil ediləcək, şagirdlərə riyaziyyat və kompüter elmləri sahəsində uğurlu karyera haqqında məlumat veriləcək. Bununla yanaşı, riyaziyyat fənninin müxtəlif sahələrində mövcud olan maraqlı problemlər və onların həlli barəsində fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, seminarla yanaşı Vaterloo Universitetində ali təhsil almaq istəyən abituriyentlərin də müraciətlərinə baxılacaq. Onlar http://www.ouac.on.ca internet saytı vasitəsilə müraciət edə bilərlər. Saytda qeydiyyatdan keçmiş və qəbul üçün tələb olunan sənədləri (orta məktəb qiymətləri, ingilis dili sertifikatı) təqdim edən abituriyentlərə Bakı Təhsil Məlumat Mərkəzində (C. Cabbarli kuc-40) Vaterloo Universitetinə qəbul kağızı veriləcək.

İngilis dili üzrə TOEFL və ya İELTS imtahan nəticəsi olmayan abituriyentlər üçün Vaterloo Universitetinin ingilis dili testi pulsuz təqdim ediləcək. Qeyd edək ki, abituriyentlər daha geniş məlumat almaq üçün [email protected] e-mail ünvanına müraciət edə bilərlər.

Tarix
2014.01.27 / 12:36
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla