Yuxarı

Füzulişünas alim kitab çap etdirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış füzulişünas alim, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin "Sufizm" adlı kitabı işıq üzü görüb.

"Axar.az" xəbər verir ki, Azərbaycan və ingilis dillərində "Aspoliqraf LTD" nəşriyyatında çap olunan kitabda Sufizmin (təsəvvüf) zaman-zaman bütün bəşəriyyəti düşündürən aktual problemlərdən biri kimi, mənşəyində islam amili dayanan bu fəlsəfi təlim Məxluqun Xaliqə qovuşmaq arzusunu mistik məhəbbət yolu ilə reallaşdırmasından söhbət açılır.

Müəllif, illərlə apardığı bu tədqiqat əsərində ona bədii-fəlsəfi cərəyan kimi baxır, sufizmin təşəkkülündə və yayılmasında bədii ədəbiyyatın rolunu aşkara çıxarmağa çalışır, sufizmin mənşəyi və mahiyyətini, türk sufizminin Azərbaycan ədəbiyyatında sufizm problemlərini geniş təhlil edir.

Olduqca çətin problemi sadə və anlaşıqlı dildə araşdıran bu kitab həm mütəxəssislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Kitabın redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli və filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoydur.

Tarix
2014.01.27 / 13:20
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla