Yuxarı

Rasim Kərimov qızının karate müəllimini öldürdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rasim Kərimov qızının karate müəllimini öldürdü

Rusiyanın Saratov şəhərinin "Olimp-99" idman məktəbində karate üzrə məşqçi Azamat Normanovu öldürən şəxs bəlli olub.

Axar.az xəbər verir ki, əslən azərbaycanlı olan Rasim Kərimov A.Normanovu öldürdüyünü etiraf edib.

Məlumata görə, Rasim Kərimov Normanovla birlikdə "Olimp-99" idman məktəbində işləyib. Lakin aralarında münaqişə yaranıb və R.Kərimov idman zalındakı işindən çıxıb. Kərimovun 18 yaşlı qızı Veronika isə zalda məşqlərinə davam edib.

Bundan sonra A.Normanov Veronikaya qarşı qərəzli mövqe sərgiləyib. Qızına qarşı münasibətə dözməyən Kərimov noyabrın 30-da zala gəlib və qızının məşqçisini güllələyərək öldürüb, iki nəfəri isə yaralayıb.

O, dindirilmə zamanı ədaləti bərpa etdiyini deyib.

Kərimov barəsində "xüsusi təhlükəli üsul ilə törədilmiş qətl" maddəsi üzrə cinayət işi açılıb.

Tarix
2015.12.02 / 11:31
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Azərbaycan və Litva XİN başçıları görüşdü

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla