Yuxarı

Sürücülərə şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülərə şad xəbər

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən Ağasadıq Gəraybəyli və Səttar Bəhlulzadə küçələrindən ikisi təmir edilərək sürücülərin ixtiyarına verilib.

Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, Ziya Bünyadov prospekti və Cəfər Xəndan küçələri arasında yerləşən A.Gəraybəyli küçəsinin uzunluğu 600 metr, ortalama eni isə 20 metrdir. Köhnə asfalt-beton örtüyünün əvəzinə ikiqat olmaqla ümumilikdə küçənin 12,9 min kv. metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

Küçə boyu zəruri olan yerlərdə təqribən 980 paqon metr yeni səki daşı düzülüb. Bundan başqa təmir işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları da dəyişdirilib.

Analoji işlər S.Bəhlulzadə küçəsində də aparılıb. Təmir-tikinti işləri küçənin Atatürk prospekti və A.Gəraybəyli küçəsi arasında yerləşən hissəsində aparılıb. Bu ərazinin ümumi uzunluğu 350 metr, ortalama eni isə 18 metrdir. Sözügedən ərazidə 500 paqon metr köhnə səki daşı yeniləri ilə əvəzlənib. Küçənin 6 min kvadrat metr əraziyə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Qeyd edək ki, sözügedən küçələrdə təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, köhnə yeraltı kommunikasiya xətləri (su, istilik, qaz, elektrik və rabitə ) yeniləri ilə əvəzlənib, zəruri olan yerlərdə yolun hərəkət hissəsindən kənara çıxarılıb. Kompleks şəkildə görülən işlər gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.

Hər iki küçədə nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb, işıqlandırma sistemləri işlək vəziyyətə gətirilib.

Tarix
2015.12.03 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Putindən sonra kim gələcək? – Real şans...

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla