Yuxarı

Rusiyada türk kanalı yayıma başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər kəsin gözlədiyi TMB RU (ТВОЙ МИР ВОСТОК) telekanalı artıq yayıma başlayıb.

"2014-cü il yanvarın 22-sindən etibarən efirdə olan telekanal 85°-də yerləşən Gorizont 4 peyki üzərindən açıq yayıma çıxıb. Telekanalın əsas məqsədi keçmiş MDB ölkələri ərazisində Şərq, xüsusən də Türk mədəniyyətini, adət-ənənələrini və musiqisini rus dilində təbliğ etməkdir.

Qeyd edək ki, TMB RU telekanalının yayım əhatəsi çox genişdir".

Bunu telekanalın icraçı direktoru Kənan Musayev bildirib.

"Yayım əhatəsinin geniş olması ən müsbət cəhət olsa da, bir o qədər də məsuliyyət deməkdir. Hazırda kanalımız Yaponiyadan – yəni Şərqin başlanğıcından İstanbula, daha doğrusu, Şərqin digər sərhəddinə kimi bütün ərazini əhatə edir. Bu, bütün Şərq dəməkdir. Müxtəlif dillər, müxtəlif zövqlər və düşüncə tərzləri... Şərq axı özu-özlüyündə zəngin və rəngarəngdir. Bu rəngarəngliyi tam və dolğun olarağ tamaşaçıya çatdırmaq çox çətindir, amma şərəflidir. TMB RU rus dilində və keçmiş MDB ölkələrində də yayımlanır. Rusdilli auditoriyaya Şərq və TÜRK mədəniyyətini doğma dillərində çatdırmaqda işin daha bir nüansıdır. Amma inanıram ki, biz bu işin öhdəsindən gələcəyik", - deyə televiziyanın icraçı direktoru Kənan Musayev bildirib.

Kənan Musayev onu da qeyd edib ki, TMB RU-nun "Türk Musik Birliyi" kimi tanığımız TMB telekanalından bir çox fərqləri də var. Onun sözlərinə görə, bu, ən əsası kanalın yayım dilində özünü büruzə verir. Amma fərqlər tək bununla bitmir. TMB RU tək Türk və Şərq dünyasının musiqisini yayımlamaqla kifayətlənməyəcək. Şərq xalqlarının tarixi, adət-ənənələri və Şərq mətbəxi və hətta Şərq rəqsləri ilə tamaşaçıları tanış edəcək. Belə ki, MDB məkanında ilk dəfə olaraq oriental rəqs üzrə şou müsabiqəsinin hazırlığına artıq start verilib. Bu müsabiqədə Ərəb dünyasının şou nəhəngi MBC-nin dəstəyi də danılmazdır.

TMB RU efirində Azərbaycan musiqisi və mədəniyyətini də təbliğ etmək imkanımızın olmasından xususi qürur duyuram. Azərbaycan bayrağının efirimizdə dalğalanmasını ilk dəfə görəndə sözün düzü, bir az kövrəldim. Azərbaycan Şərqin flaqman ölkəsidir. Həm mədəniyətdə, həm musiqidə deyərdim ki, hətta bütün sahələrdə... Şərqdə ilk demokratik respublika, ilk opera, ilk qadın bəstəkar və bir cox ilklər məhz Azərbaycanındır.

Millətimizin xüsusi və zəngin mədəni irsini tamaşaçılara çatdırmaq lazımdır. Bütün bunlarla yanaşı, TMB RU Şərq kinosu ilə bağlı silsilə programlar və Şərq kinosunun ən parlaq nümunələrini də yayımlayacaq. Bir sözlə, planlarımız çoxdur və bütün sirləri öncədən açmaq istəməzdim. Kanalımızın şüarı isə "GÜNƏŞ ŞƏRQDƏN DOĞUR"dur. Bizim də qarşımızdakı bütün Şərq dünyasınının GÜNƏŞİ olmaqdır. Gəlin razılaşaq ki, Qərb aləmi bir çox elmi və mədəni uğurlarına görə məhz Şərqə borcludur".

TMB RU kanalını 85°- də yerləşən Gorizont peykindən aşağıdakı ayarlar ilə izləyə bilərsiniz.

Tezlik: 11720 Horizontal FEC: ¾ SR 28,800

Məlumat üçün bildirək ki, tez bir zamanda TMB RU kanalının yayımını Bakı şəhərinin KTV və digər kabel şəbəkələrindəndə izləyə biləcəksiniz.

Tarix
2014.01.27 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla