Yuxarı

Fransadan Azərbaycana başsağlığı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fransadan Azərbaycana başsağlığı

Fransanın Azərbaycandakı səfirliyi "Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəyanatı yayıb.

Report-un xəbərinə görə, səfirliyin açıqlamasında deyilir: "Biz Xəzər dənizindəki neft platformasında baş vermiş qəza hadisəsi haqqında aldığımız xəbərin kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış insanlara və onların ailələrinə başsağlığı və səbr diləyirik".

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Tarix
2015.12.07 / 09:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla