Yuxarı

Mobil operatorlar vətəndaşa necə ziyan vurur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mobil rabitə xidmətləri gündəlik həyatımızın bir hissəsi olduğundan bu sahədəki problemlər daim aktualdır. Son günlərdə "Azercell" abunəçilərinin danışıq kartlarındakı səthin tam pozularaq korlanmasından şikayətləri artıb.

Narazılıqlarını "Axar.az"la bölüşən vətəndaşlar şirkətin bu məsələyə biganə münasibətindən şikayətləniblər.

Onların bildirdiyinə görə, ayrı-ayrı vaxtlarda aldıqları 1 və 3 manatlıq danışıq kartlarını silərkən kodun da pozulmasına şahid olublar. Lakin bu zaman kəsici və digər dəmir alətlərdən istifadə edilməyib. Vətəndaşlar bunu kartların keyfiyyətsiz istehsalı ilə əlaqələndiriblər.

Qeyd edək ki, belə problemlər bütün mobil operatorların xidmətində ortaya çıxır. Lakin bu zaman müştərilərin hüquqlarını təmin etmək məqsədilə yaradılan "Müştəri xidmətləri"nə yaxınlaşaraq korlanan danışıq kartlarını balansa yükləmək mümkündür. Həmin xidmətlər isə hər yerdə əlçatan deyil. Yəni, danışıq kartını yükləmək üçün ətraf qəsəbələrdən şəhərə gəlmək məcburiyyətində qalan şəxs bunun üçün nə qədər vaxt və əlavə yol xərci sərf etməlidir. Bu isə hər zaman mümkün olmur və vətəndaşlar ödədikləri vəsaiti itirmək məcburiyyətində qalırlar. Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin aşağı düşməsi isə mobil operatorun abunəçisini itirməsi ilə nəticələnə bilər. Lakin eyni problemlər bütün xidmətlərdə yaşandığından vətəndaşların seçim etmələri də əngəllənir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da kartların keyfiyyətsiz buraxılmasını istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirib. Onun sözlərinə görə, son vaxtlar danışıq haqlarının səbəbsiz yerə silinməsi ilə bağlı müraciətlər də artıb.

Abunəçilərin narazılıqlarına aydınlıq gətimək üçün "Azercell" şirkətinə müraciət etdik. Şirkətin ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, abunəçilərin korlanan kartlarla bağlı heç bir narazılığı qeydə alınmayıb:

"Qeyd etdiyiniz məqamla bağlı bildirmək istərdik ki, məbləğ kodlarının pozulma halları daha çox abunəçilərin ödəmə kartlarındakı səthi iti alətlərlə (bıçaq, açar, qayçı ucluğu) pozmağa çalışarkən baş verir. Bu zaman kartın kağız səthi də pozula bilir. Hal-hazırda abunəçilər tərəfindən həmin kartların istifadəsi ilə bağlı narazılıq halları qeydə alınmayıb. "Azercell" şirkəti isə öz növbəsində, hər zaman abunəçilərə təqdim olunan məhsulun keyfiyyətinin daha da artırılması üzərində çalışır".

Onu da deyək ki, son vaxtlar ticarət mərkəzlərində, supermarketlərdə danışıq kartlarının satışı dayandırılıb. Əvəzində həmin obyektlərdə "eManat" və "Milli ÖN" ödəmə terminalları quraşdırılıb və digər ödənişlərlə yanaşı mobil danışıq haqlarının da həmin terminallar vasitəsilə həyata keçirilməsi tövsiyə olunur.

Bu xidmət ölkəmizdə yeni olduğundan vətəndaşların heç də hamısı, xüsusilə yaşlı insanlar ondan yetərincə yararlana bilmirlər. Həmin şəxslərin adi danışıq kartlarından istifadə etmək məcburiyyətində olduğunu nəzərə alaraq bu xidmətin keyfiyyətinə diqqət yetirilməsi vacibdir.

Tarix
2014.01.28 / 09:00
Müəllif
Fərqanə Vəkilova
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla