Yuxarı

Qaxda yol terroru: üç nəfər xəsarət alıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaxda baş verən yol nəqliyyat hadisəsində üç nəfər Zaqatala rayon sakinləri xəsarət alıb.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, üç nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası yanvarın 27-i axşam saatlarında Qax-Qorağan yolunun Əmircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala rayonu Əliabad qəsəbə sakini, 35 yaşlı Natiq Məmmədov idarə etdiyi "Mersedes" markalı, 62 BH 178 dövlət nişan nömrəli avtomobillə Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən, qarşısına qəfildən at çıxması səbəbindən idarəetməni itirərək maşını yolun kənarındakı qoz ağacına çırpıb.

Baş vermiş qəza nəticəsində avtomobilin sürücüsü Natiq Məmmədov, onun Zaqatala rayonu Əliabad qəsəbəsindən olan sərnişinləri 58 yaşlı Qurban Ulxanov və Qurban Ulxanovun 25 yaşlı oğlu Cəmal Ulxanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Qax MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olan yaralılardan Natiq Məmmədovun və Qurban Ulxanovun vəziyyəti orta stabil, Cəmal Ulxanovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hər üç yaralının müalicəsi Qax MRX-nın cərrahiyə şöbəsində aparılır. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2014.01.28 / 08:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla