Yuxarı

Azərbaycanlılar bu ölkələri doğma sayır - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar bu ölkələri doğma sayır - Sorğu

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanda vətəndaşların hansı qrup ölkələri özlərinə yaxın hiss etmələri ilə bağlı rəy sorğusu keçirib.

Axar.az xəbər verir ki, sorğu nəticələrinə əsasən, vətəndaşların mütləq əksəriyyəti, yəni 83,6%-i türk ölkələrini özlərinə yaxın hiss etdiklərini bildirib.

Nəticələri respondentlərin yaş qrupları üzrə təhlil etdikdə Azərbaycan cəmiyyətində türk ölkələrinə yaxınlıq hissi müxtəlif nəsillər üzrə yüksək qiymətləndirilib.

Həmçinin nəticələrin gender aspektindən təhlili kişilərin və qadınların sözügedən mövqeni bərabər səviyyədə bölüşdüyünü göstərib.

Analoji nəticəni respondentlərin təhsil səviyyəsi üzrə göstəricilərə də şamil etmək olar.

İştirakçıların 12%-i islam ölkələrinə, 8,6%-i keçmiş sovet ölkələrinə yaxınlıq hiss etdiklərini qeyd ediblər.

6,5%-i bu suala cavabında “qonşu ölkələr”, 2,1%-i “Qərb ölkələri” cavab variantını qeyd edib. 1,8% heç bir ölkəni yaxın hiss etmədiyini bildirib, 1,6%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib.

Tarix
2023.05.25 / 14:58
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla