Yuxarı

Yol polisinə tabe olmayan sərxoş sürücü saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisinə tabe olmayan sərxoş sürücü saxlanıldı - Video

Yol polisinin qanuni tələbinə məhəl qoymayan, narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb.

Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, mayın 22-də “Şevrolet” markalı, 99-UD-447 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Kərimov Fərid Ələkbər oğlu manevretmə qaydasını pozduğu üçün BDYPİ-nin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün stasionar postunda ona “Saxla” işarəsi verilib. Lakin o, polisin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib.

Sonradan həyata keçirilən tədbirlər nəticəsində sürücü F.Kərimov saxlanılıb və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçməsi təmin olunub. Müayinə nəticəsində F.Kərimovun narkotik vasitənin və spirtli içkinin təsiri altında olması müəyyən edilib.

F.Kərimov barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə F.Kərimov polis işçisinin qanuni tələbinə qəsdən tabe olmadığı üçün inzibati qaydada həbs edilib, eyni zamanda narkotik vasitənin və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbirlərin icrasına başlanılıb.

Tarix
2023.05.25 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla