Yuxarı

Bəylər Əliyev Rusiyaya təhvil verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəylər Əliyev Rusiyaya təhvil verildi

Rusiya Federasiyasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş, həmin dövlətin vətəndaşı Bəylər Əliyevin verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Bəylər Əliyev bu ilin fevralında ölkəmizdə müəyyən edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyasının tələblərinə əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək mayın 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

Tarix
2023.05.25 / 20:15
Müəllif
Axar.az
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla