Yuxarı

Amerikalı həmsədr Qarabağdan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceyms Uorlik: "Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir".

ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik təmas xəttində qeydə alınan ölümlərdən təəsüflənib. Həmsədr Azərbaycan və Ermənistanı "Twitter" səhifəsindən sülhə səsləyib.
"Münaqişə tərəfləri sülh əldə etməyə çalışmalıdır. Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir".

Qeyd edək ki, daha öncə də amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün bütün tərəflər daha çox siyasi öhdəlik götürməli olduğunu bildirmişdi. ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik öz "Twitter" səhifəsində qeyd edib ki, indiki status-kvo qəbuledilməzdir.

Qeyd edək ki, bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan arasında görüşün yekunu üzrə bəyanatında qoşunlarının təmas xəttində davam edən gərginliklə əlaqədar narahatlıqlarını bildiriblər (ANS).

Tarix
2014.01.28 / 11:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla