Yuxarı

Ermənilər Şuşada azyaşlıya dəhşətli işgəncələr verib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Şuşada azyaşlıya dəhşətli işgəncələr verib

Birinci Qarabağ müharibəsində girov götürülərək Şuşa türməsində ağır işgəncələrə məruz qalan azərbaycanlı Cəmaləddin Hüseynov ermənilərin törətdiyi vəhşiliklərdən danışıb.

Axar.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında şahidlik etdiyi dəhşətli hadisələri nəql edib.

C.Hüseynov bildirib ki, 1993-cü ildə Ağdam rayonunun Qiyaslı kəndi işğal olunanda 12 yaşında olarkən ermənilər tərəfindən girov götürülüb:

"Bizi Əsgərana gətirdilər və orada bir həftə saxlayandan sonra Şuşa türməsinə apardılar. Şuşa türməsinə gətirəndən sonra gördük ki, dayanmağa, oturmağa yer belə yoxdur. Çünki türmə qız, gəlin, uşaq, qocalarla doldurulmuşdu. Onlar hər kəsə işgəncə verirdilər, xüsusi amansızlıqla qəddarlıq nümayiş etdirirdilər. Ölənləri sürüyüb bizə çıxarmağı əmr edirdilər. Sonra isə meyitləri ekskvatorlar vasitəsilə qazılmış 3, 5 və 10 meyit olmaqla kütləvi məzarlıqda basdırırdılar. Hətta gözümlə görmüşəm ki, hamilə qadınların bətnini yarıb can verə-verə donuzların qarşısına tullayırdılar. Onlar qışqıra-qışqıra donuzlara yem olurdu".

Tarix
2023.06.03 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla