Yuxarı

İki terrorçu təşkilat Azərbaycanı hədələdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki terrorçu təşkilat Azərbaycanı hədələdi - Foto

"Meşə Qardaşları" və "Ceyşullah" hakimiyyətə qarşı hərbi əməliyyatlara start verdiklərini bəyan ediblər.

Dünən sosial şəbəkələrdə Azərbaycanda bir zamanlar çox ciddi terror təhlükəsi yaratmış iki radikal dini təşkilatın nümayəndələri ayrı-ayrılıqda bəyanat yayıblar.

"Axar.az"ın "Jam.az"a istinadən xəbərinə görə, "Meşə Qardaşları" təşkilatın adından məlumat yayan şəxs qeyd edib ki, tezliklə bu addım atılacaq.

"Meşə Qardaşları" adından yayılmış həmin bəyanatda deyilir ki, onlar bir təşkilat olaraq artıq Azərbaycan iqtidarına qarşı hərbi əməliyyatlara start verib.

Digər məlumat isə "Ceyşullah" ("Allahın Ordusu") adlı təşkilatın adından yayımlanıb. Məlumatı yayan şəxslər bildiriblər ki, sözügedən təşkilat tezliklə Azərbaycanda cihad elan edəcək.

Qeyd edək ki, hər iki təşkilat terrorçu fəaliyyətlə məşğul olmaqla yanaşı, həm də radikal dini cərəyanın nümayəndələrindən təşkil olunub. Əsasən vəhabilərin nəzarətində olan bu silahlı qruplaşmaların üzvləri isə dünyanın bir çox münaqişə ocaqlarında döyüşüblər. Hazırda onlardan Suriyada da döyüşənlərin olduğuna dair məlumatlar var.

Tarix
2014.01.28 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla