Yuxarı

İran daha bir azərbaycanlını “casus” kimi həbs edib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran daha bir azərbaycanlını “casus” kimi həbs edib

Təxminən iki il 6 ay əvvəl İranda həbs edilən Azərbaycan Respublikası vətəndaşı Validə Yusifova Evin həbsxanasının qadınlar bölməsində saxlanılır.

Axar.az "Güney Azərbaycan" Teleqram kanalına istinadən xəbər verir ki, Validə Yusifova həbs edildikdən sonra ilk olaraq Ərdəbil, daha sonra isə Təbrizdəki təhlükəsizlik müəssisələrindən birinin təcridxanasına köçürülmüşdü. Təxminən üç ay təkadamlıq kamerada saxlanılmış, dindirildikdən sonra Tehrandakı Evin həbsxanasındakı 2-A Palata kimi tanınan SEPAH Kəşfiyyat Təcridxanasına etap edilmişdi.

Validə Yusifova dindirilmə prosesi bitdikdən sontra Evin həbsxanasının qadınlar şöbəsinə köçürülüb.

31 yaşlı Validə Yusifova Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin müdiri, hakim Əbülqasim Salvati tərəfindən “casusluq” və “narkotik ticarəti” ittihamı ilə mühakimə olunub.

Həmçinin o, ailəsi ilə əlaqə saxlamaq hüququndan məhrum edilib.

Tarix
2023.06.05 / 14:37
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla