Yuxarı

Bu komitənin nümayəndələri N hərbi hissəində oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu komitənin nümayəndələri N hərbi hissəində oldu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, hərbi qulluqçulara vətənpərvərlik hissinin aşılanması məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri N hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüblər.

Tədbirlər çərçivəsində hərbi xidmətə yeni çağırılan gənc əsgərlərlə onların xidmət şəraitinə uyğunlaşması və psixoloji sağlamlıqlarının qorunması məqsədilə söhbətlər aparılıb, lazımi tövsiyələr verilib.

Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.

Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2023.06.08 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla