Yuxarı

Azay Quliyev Macarıstan nümayəndə heyəti ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Macarıstanın "İnnovativ Kommunikasiya Fondu"nun rəhbərliyində təmsil olunan Adam Horvat, Balazs Szabo və Əhməd Barışçı ilə görüşüb.

Şuranın dəstəyi ilə Fondun Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında çəkməyə başladığı film haqqında məlumat verən nümayəndə heyətinin üzvləri səfərin mövzu ilə tanışlıq xarakteri daşıdığını bildirərək ssenari üzərində işin konkret faktlara söykənərək davam etdirilməsi üçün ölkəmizdə keçirəcəkləri çoxsaylı görüşlərin mühüm əhəmiyyəti olduğunu vurğulayıblar.

Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri və törətdiyi faciələr barədə qonaqlara məlumat verən Şura sədri, millət vəkili Azay Quliyev filmin real faktlara istinad edərək Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə daha geniş miqyasda və dolğun şəkildə çatdırılmasına yardım edəcəyinə ümidvar olduğunu bildirib.

Azay Quliyev həmçinin, münaqişə ilə bağlı qəbul edilən beynəlxalq sənədlərə istinad edilməsinin və müxtəlif ölkələri təmsil edən ekspertlərin filmdə yer almasının faydalı olacağını qeyd edib.

Xatırladırıq ki, filmin yaradıcı heyəti qaçqın və məcburi köçkünlərlə, sağ qalmış Xocalı sakinləri ilə, münaqişəni araşdıran qurumların nümayəndələri və ekspertlərlə görüşmək, eləcə də cəbhə bölgələrinə səfər etmək niyyətindədirlər.

Tarix
2014.01.28 / 18:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla