Yuxarı

Taksilərlə bağlı qanun nizam-intizam yaradacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Taksilərlə bağlı qanun nizam-intizam yaradacaq?

Taksi fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təklif olunur. Bunlardan biri də yeni rüsumlarla bağlı məsələdir ki, taksi fəaliyyəti üçün icazə sənədi 7 il müddətinə verilir və 125 manat rüsumu var.

Bu sözləri Axar.az-a açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı taksi fəaliyyəti ilə bağlı danışarkən deyib.

“Hər bir sürücü sonradan illik 25 manat ödəməklə icazə almalıdır. Əlavə olaraq da hər ay fərqlənmə nişanına 18 manat pul ödəməlidir. Üstəlik sosial müdafiə üçün vergilər, rüsumlar da olmalıdır. Burda tibbi arayış məsələsi də var. Belə baxırıq ki, sürücülərin üstünə çox böyük xərclər gəlir.

Digər məsələ isə taksi sürücüsünün təlimə cəlb olunması, serfikat almasıdır ki, bu da onun təlimi keçdiyini və küçələri, yolları yaxşı tanıdığını bildirsin. Bununla bağlı da müəyyən işlər görüləcək. Hər bir halda hesab edirəm ki, burda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı kifayət qədər ciddi addımlar nəzərdə tutulur”, - ekspert bildirib.

E.Muradlı qeyd edib ki, taksi fəaliyyətinin təkmilləşdirilməsində həm də tıxaclara qarşı mübarizə arqumenti var:

“Qanunsuz taksi fəaliyyətlərinin sayı-hesabı yoxdur. Azərbaycanda 67 min çivarında taksi fəaliyyət göstərir. Bunların cəmi 2 minə yaxını fərqlənmə nişanı alır. Qalanı qanunsuz fəaliyyət göstərir. Yəni heç 10 faizi belə fərqlənmə nişanı almır. Azərbaycanda bu qədər taksiyə ehtiyac yoxdur. Real taksi fəaliyyəti göstərən insanlar qalmalıdır. Bu qədər qayda-qanun tətbiq olunursa, düşünürəm ki, mövcud say bir xeyli azalacaq. Ağır bir prosses olsa da, diqqətli və incə davranmaq lazımdır”.

Tarix
2023.06.14 / 08:45
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

ABŞ-dan Azərbaycanla bağlı şok mesaj - Hazır olun!

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla