Yuxarı

ABŞ-ın Bakı səfirliyində insident: qolları buruldu, çölə atıldılar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın Bakı səfirliyində insident: qolları buruldu, çölə atıldılar

Səfirlik ərazisində keçirilən hər hansı bir tədbir, ya aksiya mütləq qaydada səfirliklə razılaşdırmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev ABŞ səfirliyində ölkənin müstəqilliyinin 247-ci ildönümünə həsr olunmuş tədbir zamanı mərasimə dəvət alan üç şəxsin Gədəbəydə baş verən son hadisələrə görə aksiya keçirməyə cəhd etməsi və onların səfirliyin mühafizəçiləri tərəfindən qollarının burularaq, çölə çıxarılması olayını şərh edərkən deyib.

Fərhad Mehdiyev bildirib ki, səfirlik ərazisində o ölkənin qanunları tətbiq edilir:

“Vyana Konvensiyasına görə, səfirlik ərazisi bu cür müdaxilələrdən qorunmalıdır. Əgər səfirlik belə bir aksiyanın keçirilməsini istəmirsə, həmin şəxsləri öz ərazisindən kənarlaşdıra bilər”.

Qeyd edək ki, ABŞ səfirliyi ərazisində “fləşmob” keçirməyə cəhd edən feminist xanımlar və onların aksiyasını çəkməyə çalışan jurnalistlər səfirliyin mühafizəçiləri tərəfindən ərazidən güc tətbiq edilməklə çıxarılıb və Azərbaycan polisinə təhvil veriliblər. Səfirlik qonaq çağırılan şəxsləri özlərini adekvat aparmamaqda və tədbiri pozmağa cəhddə ittiham edib.

Tarix
2023.06.25 / 08:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla