Yuxarı

FHN Kür çayını dərinləşdirir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN Kür çayını dərinləşdirir - Foto

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində lilsoran qurğu vasitəsilə dibdərinləşdirmə işləri aparılır.

Report xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi Kürün Salyan rayonu ərazisindən keçən hissəsinə də öz təsirini göstərib.

Çayın səviyyəsi əvvəlki günlərlə müqayisədə 1 metr artıb. Suyun səviyyəsinin bu qədər qalxması hələlik rayon üçün elə bir ciddi təhlükə törətmir.

Buna baxmayaraq bir neçə il bundan öncə baş vermiş daşqınlar təkrarlanmasın deyə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən rayonda qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu yaxınlarda Kür çayına lilsoran qurğu gətirilib. Həmin bu qurğunun vasitəsilə su səthindən 14 metr dərinliyində dibdərinləşdirmə işləri aparılır.

Lilsoran qurğu gün ərzində yerindən asılı olaraq 15-20 metr lil sovuraraq irəliləyə bilir.

Qeyd edək ki, çayın dibindən çıxarılan su-qrunt qarışığı bir-birinə quraşdırılmış borular vasitəsilə sudurulducu hovuzlara yönəldilir. Sudurulducu hovuzlara yığılmış lilli su çökdürüldükdən sonra yenidən çaya axıdılır. İndiyə kimi Kürün 600 metr hissəsi lildən təmizlənərək dibi dərinləşdirilib.

Tarix
2015.12.18 / 16:47
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla