Yuxarı

Samuxdakı dəhşətli cinayətlə bağlı 3 nəfər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Samuxdakı dəhşətli cinayətlə bağlı 3 nəfər saxlanıldı

Samuxda törədilən qətldə şübhəli bilinən 3 nəfər saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə dekabrın 18-də axşam saatlarında Samuxun Nəbiaağalı qəsəbəsində rayon sakini, 1952-ci il təvəllüdlü Lütfiyyə İsmayılovanı qətlə yetirib, evini qarət edərək yandırmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Saxlanılanlar Samux rayon sakinləri 28 yaşlı Pərviz Həsənov, 27 yaşlı Rəşad Nəsibov və 25 yaşlı Azad Günəşlidir. Onların evdən qızıl zinət və qiymətli əşyalar apardığı bildirilir.

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Qeyd edək ki, DİN-in hadisə ilə bağlı yaydığı məlumatda bildirilir ki, dekabrın 18-də saat 18 radələrində Samux rayonunun Nəbiağalı qəsəbəsində yaşayan Lütfiyyə İsmayılovanın evində yanğın baş verib.

Yanğın söndürüldükdən sonra L. İsmayılovanın əlləri bağlı və boğaz nahiyəsində kəsilmiş xəsarəti olan yanmış meyiti tapılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Samux rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2015.12.20 / 17:59
Müəllif
Axar.az
Digər xəbərlər

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

20 min manatlıq limitlə bağlı məsələyə yenidən baxılacaq

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Erməni bacılar Bakıya gəldi - Video

Sərkisyan çıxış edərkən neçə müsəlman lideri zalı tərk edib?

MM Anım Günü ilə əlaqədar Bəyanat qəbul etdi

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla