Yuxarı

VHP-də Rəsulzadə anılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
VHP-də Rəsulzadə anılacaq

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurasının toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən "Axar.az"a verilən məlumata görə, toplantıda ölkədəki ictimai siyasi vəziyyət, Xalq Cümhuriyyətinin qurucularından olan Məmmədəmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı tədbir keçirilməsinə qərar verilib.

Tədbridə VHP üzvü Ömər Məmmədovun həbsi və digər məsələlər müzakirə edilib. VHP sədri Sabir Rüstəmxanlı ölkədə və bölgədə baş verən siyasi proseslər barədə ətraflı danışıb. Sonra Ali Məclisin sədri Rafiq Manaflının, Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin, partiya sədrinin müavinləri Elxan Mirzəyev, Arif İsmayılbəyli və Yusif Salmansoyun məlumatları dinlənilib.

Rayon təşkilatılarının hesabat seçki yığıncaqlarının keçirilməsi, qurultay məsələsi də müzakirə edilib. Qurultaya hazırlıqla bağlı məsələləri həll etmək üçün fevralın son həftəsində Ali Məclisin sessiyasının cağırılması qərarlaşdırılıb. Sonda M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı müzakirə aparılıb. Bildirilib ki, fevralın 4-də VHP-nin mərkəzi qərargahında "Məhəmmən Əmin Rəsulzadənin Azərbaycanın milli dövlətçilik tarixində rolu" mövzusunda dəyirmi masa keçiriləcək.

Tarix
2014.01.30 / 13:35
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla