Ana səhifə Toplum |
Ağstafa rayonunda ağır yol qəza hadisəsi baş verib.
Bu gün saat 22:00 radələrində Qazax-Ağstafa yolunda faciəvi yol qəzası baş verib. Hadisə "BMW" markalı avtomobilin yoldan çıxması nəticəsində yaşanıb. Qarın yağması ilə yolun sürüşkən olması avtomobilin körpünü keçmək istəyərkən aşmasına səbəb olub. Hadisə nəticəsində 2 nəfərin dünyasını dəyişdiyi və yaralıların da olduğu bildirilir. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu deformasiyaya uğramış maşını ayırıb meyitləri və yaralıları çıxarıblar. Xəsarət alanlar xəstəxanaya aparılıb.
Yaralılar barədə ətraflı məlumat veriləcək. (ANS)
2:00
Dünən saat 22:00 radələrində Qazax-Ağstafa yolunda faciəvi yol qəzasında yaralanan 2 nəfərin də öldüyü deyilir.
Xatırladaq ki, avtomobildə olan digər 2 nəfər hadisə yerində dünyasını dəyişmişdi.
Yol sürüşkən olduğundan avtomobil körpünü keçmək istəyərkən aşıb və 10 min voltluq gərginliyi olan dəmiryolu xəttinin üzərinə düşüb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu deformasiyaya uğramış maşını ayırıb meyitləri çıxarıblar. Qəzada dünyasını dəyişənlərin kimliyi haqqında məlumat verilmir.
Tarix
2014.01.31 / 02:00
|
Müəllif
Axar.az
|