Yuxarı

Qubada qar 85 sm oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qubada qar 85 sm oldu

Azərbaycanın şimal bölgəsinin bir sıra yaşayış məntəqələrində qarın hündürlüyü 80 santimetrdən çoxdur. Güclü qarın yağması ilə əlaqədar yollarda avtomobillərin hərəkəti çətinləşib.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən Axar.az-a verilən məlumata görə, rayonun Qırız kəndinə 84, Xınalığa 82, Quba şəhərinə isə 43 santimetr hündürlüyündə qar yağıb. Qusar rayonunun Ləzə kəndində qarın hündürlüyü 85, rayon mərkəzində 50, Xaçmazda 29, Siyəzəndə isə 20 santimetrdir. Dağlıq ərazilərə temperatur mənfi 13 dərəcəyədək aşağı düşüb.

Quba rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasından bir neçə ucqar dağ kəndinə gedən yolun bağlandığı bildirilib. Hazırda Bakı-Quba və Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun qardan təmizlənməsi üçün texnika eləcə də canlı qüvvə cəlb olunub.

Qusar rayonunda isə ucqar Sudur kəndi istiqamətində gedən yolun bağlanması səbəbindən bir neçə kəndlə əlaqə kəsilib.

Tarix
2016.01.02 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla