Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
07:00
Ana səhifə Toplum |
Suriyada daha bir azərbaycanlı öldürülüb.
"Axar.az" APA-ya istinadən məlumat verir ki, bu barədə mücahidlərə məxsus saytlar məlumat yayıb.
Məlumata görə, "Muhammed" kimi tanınan azərbaycanlı döyüşçü Suriyanın Şam bölgəsində Bəşər Əsəd qüvvələri tərəfindən öldürülüb. Mücahidlər onun meyitinin fotosunu yayıblar. Onun Azərbaycanın hansı bölgəsindən olduğu açıqlanmır.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup
Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların
tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə
100-dən çox azərbaycanlı həyatını itirib. Onların bir çoxlarının
fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Tarix
2014.01.31 / 12:50
|
Müəllif
Axar.az
|