Yuxarı

Xaricə göndərilən 100 tələbənin faciəvi taleyi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məmməd Əmin Rəsulzadənin xaricə göndərdiyi tələbələrin taleyi çox faciəvi olub".

Bu sözləri "Axar.az"a açıqlamasında professor Vaqif Sultanlı deyib.

O, bununla bağlı Azərbaycanda ən yaxşı araşdırma aparan şəxsin Mövsüm Əliyev olduğunu, lakin onun həyatda olmadığını bildirib: "Bununla bağlı materialları Mövsüm Əliyev toplayırdı. Onların bioqrafiyasını yığırdı, çünki onların hamısını müəyyənləşdirmək mümkün deyildi. Onların taleyi necə olub, hara gediblər, bəlli deyil. Yalnız onu deyə bilərəm ki, onların bir qismi gəlib Azərbaycana, bir qismi də çıxıb gediblər. Məsələn, mənim yadımdadır, o vaxt Mövsüm Əliyev Rəsulzadənin iki məktubunu tapmışdı. O, məktublarda iki tələbənin adı keçirdi".

V.Sultanlı həmçinin Məmməd Əmin Rəsulzadə ilə bağlı tədqiqatçının tapdığı bütün sənədlərin itdiyini qeyd edib. O, M.Əliyevin bu tələbələrin faciəvi taleyi ilə bağlı yalnız mətbuatda çap etdirdiyi materialların qaldığını bildirib:

"Hə, sonradan onun evini buldozerə verdilər. Kimsə oranı alıb ev tikmək istəyirdi. Ona görə də hamısı batıb getdi. Yəni nə çap etdiribsə, o qaldı... Bu tələbələrin taleyi çox faciəvi olub. Pulları olmadığından kiminsə evində, bağında işləyiblər ki, yaşaya bilsinlər. Azərbaycan hökuməti onlara pul göndərə bilmirdi vaxtı-vaxtında...

Son olaraq onu deyə bilərəm ki, tələbələr Cümhuriyyət işğala uğrayana qədər M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova müraciət ediblər".

Tarix
2014.01.31 / 17:34
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla