Yuxarı

Millət vəkili dollarla krediti olanlardan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili dollarla krediti olanlardan yazdı

Bu axşam dollarla kredit götürmüş bir ailənin içimi sızladan hekayəsini dinlədim.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva dollarla kredit götürənlərlə bağlı təklifini bildirərkən sosial şəbəkədəki səhifəsində yazıb. Millət vəkili hadisəni nəql edib:

"Kirayədə yaşayan bu gənc ailə Qobuda özlərinə balaca bir ev tikib köçə bilmək üçün bir az kredit götürüb və devalvasiyadan sonra artıq ciddi ödəmək sıxıntısı çəkdiklərini və banka da bu barədə məlumat verdiklərini söylədi. O qədər qayğılı və üzüntülü idilər ki... Hesab edirəm ki, ilkin mərhələdə ən azı dollarla 5 minə qədər kredit götürmüş insanların banklara ödəmələri əvvəlki kursla hesablanmalıdır. Çünki 5 minə qədər dollarla kredit götürən insanlar daha çox əhalinin maddi imkanları çox aşağı təbəqəsidir və əksəriyyəti çox ciddi bir problemini həll etmək üçün kredit götürüb və devalvasiyadan sonra onların banka ödəmələrində ciddi narahatlıq yarana bilər. Ona görə də onların əvvəlki kursla ödəmələri davam etdirməsi çox vacibdir. Ümid edirəm ki, bu sahəyə cavabdeh şəxslər bu istiqamətdə araşdırma apararaq dollarla kredit götürmüş maddi imkanları zəif ailələrin ödəmə şərtlərini yüngülləşdirəcək bir yol tapacaqlar. Bu gün dərdinə kömək aramaq üçün gəlmiş gənc ananın gözlərindəki üzüntü, kədər hamımızı bu barədə daha çox düşünməyə çağırır".

Tarix
2016.01.03 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla