Yuxarı

Ailəsində bıçaqlamadığı adam qalmadı - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ailəsində bıçaqlamadığı adam qalmadı - Bakıda

Bakıda 3 nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbəsi Bağırov 98 ünvanında yaşayan Qurbanov İlham Zakir oğlu yoldaşı 1985-ci il təvəllüdlü Qurbanova Mədinə Ramiz qızı, baldızı, 1986-ci il təvəllüdlü Əliyeva Aynurə Ramiz qızını və qayınanası, 1961-ci il təvəllüdlü Əliyeva Çimnaz Məşədibaba qızına çoxsaylı bıçaq xəsarətləri yetirib.

Hər üç yaralı çağırılan təcili yardım vasitəsi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, Əliyeva Aynurə Ramiz qızına döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası, Əliyeva Çimnaz Məşədibaba qızı və Qurbanova Mədinə Ramiz qızı isə boğaz nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. Hər üç yaralı dərhal əməliyyata alınıblar. Hazırda xəstələrin vəziyyəti ağır olaraq qalır.

Faktı Sabunçu Rayon Polis İdarəsi təsdiqləyib. Polisdən verilən məlumata görə, hadisə baş verəndən sonra Qurbanov İlham Zakir oğlu idarəyə gələrək təslim olub. Hadisənin nə səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.

Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tarix
2016.01.05 / 23:03
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla