Yuxarı

Məktəbdən silah oğurlayan dəstə zərərsizləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda şəhər məktəblərinin birindən oğurluq edən 4 nəfərlik dəstə zərərsizləşdirilib.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Pərviz Əsədzadə bildirib ki, bir neçə gün öncə şəhər 2 saylı orta məktəbin anbarından təhsil müəssisələri üçün nəzərdə tutulmuş inventarların oğurlanması ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Dərhal əməliyyat qrupu yaradılıb və oğruların axtarışına başlanılıb.

Həyata keçirilən tədbirlər nəticəsində oğurluq hadisəsini törətmiş Lənkəran şəhər sakinləri Məhəmməd Tahir oğlu İbrahimzadə, Niyaz Fəyaz oğlu Əlizadə, Şakir Qulam oğlu Nəsirov, Ramin Rəhman oğlu Qəmbərov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

İlkin dindirmə zamanı saxlanılan şəxslərin şəhərdəki 2 saylı orta məktəbdən bir neçə dəfə oğurluq etdikləri məlum olub. Belə ki, onlar məktəbin anbarından müxtəlif inventarlar, həmçinin arxiv otağın seyf qapısını sındırmaqla oradan təlim məqsədi üçün nəzərdə tutulmuş 4 ədəd tir tüfəngi, 2 ədəd "F-1", 3 ədəd "RQD-5" qumbarası və patronlar oğurlayıblar.

İstintaq zamanı məktəbdə müxtəlif vaxtlarda törədilən oğurluq hadisəsinə burada gözətçi işləyən Ramin Qəmbərovun bələdçilik və başçılıq etdiyi üzə çıxıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə cinayət işi açılıb, dəstənin digər oğurluq işlərində iştirakları və bundan əvvəl məhkumluqlarının olub-olmadıqları araşdırılır. (ANS)

Tarix
2014.01.31 / 20:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla